Azərbaycanda ilin ilk ayı 424 əkiz, 12 üçəm doğulub..

Cari ilin ilk 2 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24648 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 15,7 təşkil edib.

Bu haqda Metbuat.az-a açıqlamasında Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov deyib:

“Doğulan körpələrin 52,7 faizi oğlan, 47,3 faizi isə qız uşaqları olub. Körpələrdən 424-ü əkiz, 12-si üçəm doğulanlardır”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR