"Qarabağ" yeni mövsümdən meydana ulduzlu forma ilə çıxacaq

"Qarabağ" yeni mövsümdən meydana ulduzlu forma ilə çıxacaq
12:05 10 May 2017
32 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" 2017-2018 mövsümündən oyunlara ulduzlu formalarla çıxacaq.

Milli.Az xəbər verir ki, bu barədə report-a klubun baş direktoru Emrah Çelikel məlumat verib. E.Çelikelin sözlərinə görə, "Qarabağ" 5 qat Azərbaycan çempionu olduğu üçün belə qərar qəbul edilib. Klub rəsmisi formadakı loqo üzərində 1 ulduzun təsvir olunacağını vurğulayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın "Kəpəz" və "İnter" klubları meydana çempionluq sayı qədər - müvafiq olaraq, 3 və 2 ulduzlu forma ilə çıxırlar. "Neftçi" isə 8 dəfə çempion olduğu halda, tək ulduzlu forma geyinir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR