İranın ali rəhbərinin qardaşı prezident seçkisində dəstəklədiyi namizədin adını açıqlayıb

İranın ali rəhbərinin qardaşı prezident seçkisində dəstəklədiyi namizədin adını açıqlayıb
12:07 10 May 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ “Mən hamını Həsən Ruhaniyə səs verməyə çağırıram”.
“Report” İSNA-ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Seyid Əli Xaməneinin qardaşı Hadi Xamənei deyib.
O, mayın 19-da İranda keçiriləcək seçkidə hazırkı prezident və yenidən bu vəzifəyə namizəd olan Həsən Ruhanini dəstəkləyəcəyini bildirib: “Bu dəfə ehtiyatsızlıq daha ciddi fəsada yol aça bilər”.
Qeyd edək ki, mayın 19-da İranda keçiriləcək prezident seçkisində 6 namizəd mübarizə aparacaq.
Xatırladaq ki, Hadi Xamənei 2009-cu ildə keçirilən prezident seçkisində hakimiyyətdaxili islahatçıların nümayəndəsi Mirhüseyn Musəvinin dəstəklədiyini bildirmişdi.  

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ranin-ali-rehberinin-qardasi-prezident-seckisinde-desteklediyi-namizedin-adini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR