"Turan Tovuz" Premyer Liqaya buraxılmayacaq"

"Turan Tovuz" Premyer Liqaya buraxılmayacaq"
12:07 10 May 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

"Mən öz üzərimə düşən işi gördüm. Bundan sonrası rəhbərliyin işidir. Bildiyimə görə, "Turan Tovuz" Premyer Liqaya buraxılmayacaq".


Fanat.Az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında "Turan Tovuz" klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.


"Turan Tovuz" bu mövsüm birinci divizionun çempionu olsa da, komandanın Premyer Liqada iştirakı üçün lazım olan öhdəliklər yerinə yetirilməyib.


Buna münasibət bildirən Ə.Abdullayev klub rəhbərliyinin hələlik bir addım atmadığını bildirib: "Mənə də deyirlər ki, lisenziya məsələsi yoluna qoyulacaq. Bu sözləri eşidirəm, ancaq işləri görmürəm. Ortalıqda bir şey yoxdur".


Qeyd edək ki, "Turan Tovuz" Premyer Liqada iştirak etmək üçün tələb olunan bank təminatını AFFA-ya təqdim etməyib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotturan-tovuzquot-premyer-liqaya-buraxlmayacaqquot-t57970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR