İŞİD 40 hərbçisini asdı - SƏBƏBLƏRİ

İŞİD 40 hərbçisini asdı - SƏBƏBLƏRİ
12:08 10 May 2017
132 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatı fərarilik edən 40 üzvünü edam edib.

Publika.az xəbər verir ki, Kərkük şəhərinə bağlı olan Havice rayon İcra Hakimiyyətinin başçısı Sebhan el-Cubburinin sözlərinə görə, İŞİD xüsusilə Səlahəddin və Kərkük münaqişələrində uğursuz iştirak edən 40 nəfər hərbiçisini edam edib.

Edam olunan əsgərlərin İraq və Səudiyyə Ərəbistanı vətəndaşlarından ibarət olduğu deyilib.

İcra başçısının sözlərinə görə, İraqda torpaqlarını itirən İŞİD Mosulda keçirilən uğurlu əməliyyatlardan sonra Havice rayonunda ələ keçirdiyi həbsxanalarda məhbusların üsyan çıxarmalarının və fərarilik etmələrinin qarşısını almaq üçün edam cəzalarına əl atdığını deyib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR