63 yaşlı professor təsadüfən məşhur model oldu - FOTO

63 yaşlı professor təsadüfən məşhur model oldu - FOTO
12:12 10 May 2017
Ölkə mətbuatı
A- A+

İnsanın həyatı bəzən qəflətən dəyişə bilir və bu dəyişiklik o qədər gözlənilməz olur ki, ətrafdakılarla yanaşı, onun özü də təəccüblənir. 63 yaşlı professor Lin Sleyterin də həyatı dəyişib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Fordham's School Of Social Service-də sosial elmlərdən dərs deyən Lin Sleyter Nyu-Yorkda keçirilən dünyaca məşhur "New York Fashion Week"də rəfiqəsini gözləyəndə ona iki modelyer yaxınlaşıb.

Modelyerlər 63 yaşlı xanımın zövqünə, geyim seçiminə, saç düzümünə və makiyajına heyran qalmışdılar. Daha sonra iki yapon reportyor Sleyteri model sanaraq onun fotolarını çəkməyə başlayıblar.

Onlar professora modellik təklif ediblər.

Beləcə, tam təsadüf nəticəsində professor Sleyter model karyerasına başlayıb.

İndi Sleyter modellik etməklə yanaşı, moda barədə bloqunda da yazır.

"Hər gün minlərlə gənc mənə yazır, məsləhət istəyirlər. Nə deyə bilərəm?! Mən heç zaman dəblə geyinməyə çalışmamışam. Nəyi gözəl, zövqlü saymışamsa, onu da geyinmişəm və indi də belədir", - Lin Sleyter deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR