BP ötən rüb 32 Azərbaycan vətəndaşını işdən çıxarıb

BP ötən rüb 32 Azərbaycan vətəndaşını işdən çıxarıb
12:19 10 May 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

2017-ci ilin birinci rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2785 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
 
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, BP-nin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.
 
"BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir", - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, 2016-cı ilin sonuna BP-nin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2817 nəfər (müddətli müqavilə əsasında işləyən işçilər də daxil olmaqla) olub. Həmin dövrdə də şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR