"Anadolu Atəşi" Bakıda möhtəşəm şou ilə çıxış edəcək

"Anadolu Atəşi" Bakıda möhtəşəm şou ilə çıxış edəcək
12:22 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ginnesin Rekordlar Kitabına iki dəfə düşmüş, dünyada üç ən böyük rəqs qruplarından biri, 90-dan çox ölkədə ən məhşur səhnələrdə 35 milyona yaxın tamaşaçı qarşısında çıxış etmiş "Anadolu Atəşi" rəqs ansamblı mayın 12, 13 və 14-də Heydər Əliyev Sarayında öz möhtəşəm ‘İpək Yolu’ adlı yeni proqramını təqdim edəcək.

"Anadolu Atəşi" rəqs qrupu bir neçə dəfə Azərbaycanda öz möhtəşəm proqramları ilə çıxış ediblər və böyük auditoriyanın rəğbətini qazanıblar.

Budəfəki konsertin təçkilatçısı “SA ORGANIZATION”-dır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

“SA ORGANIZATION” artıq 17 ildir ki, öz fəaliyyəti ilə adı haqqında kifayət qədər təsəvvür yarada bilib. Selahattin Atalay tərəfindən yaradılan təşkilat bu illər ərzində istər ölkə daxilində, istərsə də ölkədən kənarda bir sıra iri konsert lahiyələrini reallaşdırmağa müvəffəq olub. Şirkət Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Niderland və bir çox ölkələrdə tanınmış ulduzların unudulmaz konsert proqramlarını təşkil edib.

Ölkəmizdə bu işin təməlini qoyan şirkət kimi “SA ORGANIZATION” işinə mükəmməl və peşəkarcasına yanaşaraq indiyə kimi tanınmış ifaçılardan İbrahim Tatlıses, Nilufer, Ajda Pekkan, Alişan, İngrid Alberini, İmagination, məşhur rəqs qruplarından olan “Anadolu Ateşi”, “Tararam”, “Şaman”, Mustafa Sandal, Kreml Baleti, Qızıl Ordu, Sarah Brightman, dünya şöhrətli mikrominiatür müzeyi, həmçinin Ruslana, Kenan Doğulu və s. kimi bir çox məşhurların konsert layihələrinə imza atıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2751983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR