ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 59% artırıb

ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 59% artırıb
12:22 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan bu ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12,1 mln. kubmetr səmt qazı verib.
“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, ümumilikdə isə hesabat dövründə SOCAR-a 1,1 mlrd. kubmetr səmt qazı verilib.
SOCAR-a verilən səmt qazının həcmi ötən ilin I rübü ilə müqayisədə 58,9% artıb.
Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir. "AÇG"-də BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abes-socar-a-verilen-semt-qazinin-hecmini-59-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR