Bəstəkarlar arasında romans janrında yazılan əsərlərin müsabiqəsi elan edilib

Bəstəkarlar arasında romans janrında yazılan əsərlərin müsabiqəsi elan edilib
12:27 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ “Mədəniyyət” kanalının və “Azərbaycan” radiosunun təşkilatçılığı ilə bəstəkarlar arasında romans janrında yazılan əsərlərin müsabiqəsi elan edilib.
"Report" “Mədəniyyət” kanalının rəsmi saytına istinadən xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan gəncliyinin istedadı və bacarığını böyük kütləyə nümayiş etdirməkdir.
Məlumata görə, müsabiqənin keçirilməsi romans janrının bugünkü nəslə təbliğinə kömək edəcək. Azərbaycan musiqi səltənətində xüsusi rolu olan romans janrının əsası Asəf Zeynallının “Ölkəm” romansı ilə qoyulub. Daha sonra bu ənənələr Azərbaycanın müxtəlif bəstəkarlarının ifasında geniş kütləyə çatdırılıb.
Bildirilib ki, bu gün yeni romansların yazılması arzu olunan bir məsələdir. Bu səbəbdən də “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovun təşəbbüsü ilə müsabiqənin keçirilməsi məqsədəuyğun hesab edilib.
Müsabiqədə iştirak etmək istəyənlər romans janrında yazılan əsərin notunu və rəqəmsal formatda, müğənninin ifasını iyunun 30-na kimi medeniyyettv@aztv.az ünvana göndərməlidirlər.
Ümumi nəticələr əldə olunduqdan sonra I, II və III yerlərin qalibi müəyyənləşəcək və qaliblərə müvafiq pul mükafatı veriləcək. Əsərlərdə müasirlik, ideologiya və mənəvi ruh göstərilməlidir. Bəstəkarlar klassik nəzm nümunələri ilə bərabər, gənc şairlərin də şeirlərinə müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/bestekarlar-arasinda-romans-janrinda-yazilan-eserlerin-musabiqesi-elan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR