Ailə TV-də 200 TV kanal indi daha sərfəlidir

Ailə TV-də 200 TV kanal indi daha sərfəlidir
12:29 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İndi Ailə TV-nin İPTV xidmətinə qoşulmaq daha sərfəlidir.

"Caspian Telecom" mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 6 ayın abunə haqqını (60 azn) öncədən ödəməklə yeni və daha güclü Ailə TV Player cihazını pulsuz əldəcəksiniz.

Ailə TV-nin yenilənmiş İPTV xidməti artıq sadəcə kabelsiz və antensiz 200 TV kanal deyil, həm də bir çox əlavə üstünlüklər demədir. Bura 50 000-dən çox film bazasına malik, daim yenilənən Ailə Cinema online kinoteatrı və istənilən televizoru Smart edəcək Youtube, Facebook, Skype və s. tətbiqlər daxildir.

Ailə TV -nin İPTV xidmətindən 2 Mbit/s və üzəri internet olan dünyanın istənilən yerində istifadə mümkündür. Xidmətə qoşulmaq üçün Ailə TV Player cihazını televizora qoşmaq yetər.

İlkin qoşulma zamanı yeni abunəçilər ekrandaca qeydiyyatdan keçməlidirlər. SMS vasitəsilə qeydiyyatı təsdiq etdikdən sonra ilk 6 ay bütün bu imkanlardan rahat istifadə edəcəklər. Daha sonra isə aylıq abunə haqqı 10 azn təşkil edir.

Ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2751985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR