Azərbaycan səfiri ermənilərin təxribatı ilə bağlı Rusiya XİN-ə müraciət edib

Azərbaycan səfiri ermənilərin təxribatı ilə bağlı Rusiya XİN-ə müraciət edib
12:32 10 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva. 10 may. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mayın 9-da Moskvada keçirilən "Ölümsüz alay" aksiyası zamanı erməni tərəfinin təxribatları ilə əlaqədar Rusiyanın müvafiq rəsmi qurumlarına şikayət edib.
Bu barədə "Report"un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.
"Azərbaycanın Rusiyadakı səfirliyi xəsarət alanlarla əlaqə saxlayıb və onların vəziyyəti ilə maraqlanıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyi, Moskva meriyası və digər dövlət orqanları ilə əlaqə yaradaraq, başverənlərin araşdırılmasını və bu cür hadisələrin bir də təkrarlanmamasını xahiş edib", - səfirlikdən vurğulayıblar.
Xatırladaq ki, mayın 9-da Moskvada keçirilən "Ölümsüz alay" aksiyası zamanı Ermənistan və Azərbaycan gəncləri arasında kütləvi dava düşüb və nəticədə bir neçə azərbaycanlı yüngül bədən xəsarətləri alıb.
Azərbaycanın Rusiyadakı səfirliyi davanın erməni tərəfinin təxribatları nəticəsində baş verdiyini hesab edir.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-sefiri-ermenilerin-texribati-ile-bagli-rusiya-xi-n-e-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR