​“Azərkosmos”un əməkdaşları “Heydər zirvəsi”nə qalxdı

Bakı, 10 may 2017 – 10 may– ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Azərkosmos” ASC-nin əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü uğurla başa çatıb.

Metbuat.az bildirir ki, yürüş üzvləri Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3 min 751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüblər. İştirakçılar qarşıya qoyulan hədəfə çatıb, zirvədə Ulu Öndərin əziz xatirəsini yad edib və barelyefi önündə xatirə şəkli çəkdiriblər.

Xəyalə Məmmədova / METBUA.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR