Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd edir (FOTO)

Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd edir (FOTO)
12:43 10 May 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür.

Trend-in məlumatına görə, ümummilli liderimizin ad günü - mayın 10-da da səhər tez saatlarından respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurlar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2752001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR