Həmsədr: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynamalıdır"

Həmsədr: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynamalıdır"
12:47 10 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox rol oynamalıdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "Amerikanın Səsi"nə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
 
Diplomat ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynaması barədə fikirlərə qatıldığını söyləyib: "Hazırda biz ABŞ-ın yeni prezident administrasiyasının ilk mərhələsindəyik. Vaşinqton hələ də xarici siyasətlə bağlı müxtəlif versiyaları nəzərdən keçirir. Bir az səbr etmək lazımdır və gələcək aylarda hansı inkişafa nail ola biləcəyimizi görəcəyik. Sülh quruculuğu prosesində əsas məsələ hər iki tərəfin yüksək səviyyəli insanlarından asılıdır".
 
R. Hoqland qeyd edib ki, həmsədrlər atəşkəsə tam təminat verə bilməz: "Bu, birbaşa hər iki ölkənin liderləri tərəfindən edilməlidir. Onlar təşəbbüs göstərməli və deməlidirlər ki, artıq daha yaxşı yaşamağın, daha gözəl dünyanın vaxtıdır. Biz diqqətimizi hər iki tərəfin məmnun qalacağı təkliflərə cəmləşdirməliyik. Liderlər danışıqlar masasına əyləşməli və hər kəsin faydalana biləcəyi danışıqlar aparmalıdır. Bu kimi münaqişələrdə sən istədiklərini əldə etməyi yox, hər kəsin, hər xalqın faydalanacağı ortaq bir nəticəyə cəhd göstərməlisən və hər kəs bunun üçün çalışmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/543252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR