“Monako”nun futbolçusu "Yuventus"la matçda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu etiraf edib

“Monako”nun futbolçusu "Yuventus"la matçda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu etiraf edib
12:57 10 May 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Fransanın “Monako” klubunun futbolçusu Kamil Qlik Çempionlar Liqasında İtaliya “Yuvnetus”una qarşı yarımfinal mərhələsinin cavab matçında qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu etiraf edib. “Report”un məlumatına görə, 29 yaşlı polşalı müdafiəçi “Sportowe Fakty” portalına açıqlamasında rəqibin hücumçusu Qonsalo İquainin ayağını tapdaladığını boynuna alıb.
O, bildirib ki, rəqibə qarşı bilərəkdən kobudluğa yol verməyib. K.Qlikin sözlərinə görə, hakimlər tez-tez “Yuventus”a kömək edir: “İquainlə bağlı epizodda qırmızı vərəqə ala bilərdim. Amma "Yuventus"un oyunçuları da nadir hallarda qırmızı vərəqə alırlar. Bu yaxınlarda “Yuventus”la matçda referi səhvən “Torino”nun oyunçusunu meydandan qovmuşdu. Təəssüf ki, hakimlər hər zaman “Yuventus”a kömək edirlər. Həmişə belə olub, belə də olacaq”.
Qeyd edək ki, “Yuventus” “Monako”nu hər iki oyunda məğlub etməklə (2:0, 2:1) finala vəsiqə qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/monako-nun-futbolcusu-yuventus-la-matcda-qirmizi-vereqe-ile-cezalandirilmali-oldugunu-etiraf-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR