"ABŞ və Rusiya arasındakı problemlər Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərməyəcək"

"ABŞ və Rusiya arasındakı problemlər Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərməyəcək"
12:58 10 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əməkdaşlığı davam etdirəcək. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Amerikanın səsi"nə müsahibəsində deyib.
 
"Rusiya ilə ABŞ arasında münasibətlərin hazırkı vəziyyətindən asılı olmayaraq mən inanıram ki, Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əməkdaşlığı davam etdirəcək. Həmsədr ölkələr arasında illərlə qurulan sıx əlaqələr mənə bunu deməyə əsas verir. Moskva ilə Vaşinqton arasında münasibətlər bu problemin həllinə heç bir neqativ təsir göstərməyəcək. Moskva Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibə istəmir. Bu, bütün regionda sabitliyi poza bilər və Rusiyanın maraqlarına ziddir".
 
Diplomatın sözlərinə görə, Rusiya ilə ABŞ-ın milli maraqlarında fərqliliklər və dünyada baş verən hadisələrə fərqli yanaşmaların mövcud olmasına baxmayaraq, hər iki ölkə Dağlıq Qarabağ kimi məsələlərdə birlikdə çalışıb, problemi birlikdə həll edə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/543255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR