Hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ

Hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ
12:58 10 May 2017
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 11-dən 12-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 11-i gündüzdən 13-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 11-dən 12-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 11-i gündüzdən 13-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR