Bakıda icarəyə təklif olunan ən bahalı ofis

Bakıda icarəyə təklif olunan ən bahalı ofis
13:05 10 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci ilin aprel ayında "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən,  Bakı şəhəri üzrə icarə bazarına təklif olunan ofislərin sayı cari ilin mart ayı ilə müqayisədə 35% artmaqla ümumi sahəsi 37900 kv.m. təşkil edib.  

Milli.Az xəbər verir ki, Birlikdən qafqazinfo-ya daxil olan məlumata görə, artımın 3820 kv.m-i icarə bazarına yeni daxil olunan ofislərin sahəsi, 1062 kv.m-i isə yeni təmirdən çıxmış ofislərin sahəsi hesabına formalaşıb.

İcarə bazarına təklif olunan ofislərin 61%-ni orta sahəli ofislər təşkil edib. Bu artım, bir sıra bankların bağlanması, bir sıra sahələrin fəaliyyətlərinin dayandırması və həmçinin, icarəçilərin öz xərclərini optimallaşdırmaq üçün son dövrlər orta həcmli ofislərdən kiçik sahəli ofislərə köçmələri ilə izah oluna bilər. 

Ofislərin icarəsi ilə bağlı ən çox təklif Nəsimi (30%) rayonunda, ən az təkliflər isə Binəqədi (5%) və Nizami (3%) rayonlarında qeydə alınıb. Qaradağ, Sabunçu, Suraxanı, Xəzər, Pirallahı rayonlarında isə işgüzar infrastruktur zəif olduğu üçün təklif olmayıb.

İcarə bazarına təklif olunan ofislərin 62%-i əsasən Biznes mərkəzlərində və Plazalarda, 38%-i isə yaşayış binalarda yerləşir. Ofislərin orta aylıq icarə haqqı biznes mərkəzlərində və plazalarda 20 manat/kv.m., yaşayış binalarında isə 10.3 manat/kv.m. təşkil edir.

Ofislərin icarə qiyməti yerləşdiyi məntəqədən, təmirlikdən, təchizatdan və ümumi icarəyə verilən sahənin kiçik və böyük olmasından asılıdır. Ofislərin 56%-i icarəyə  əşyalı təklif olunur.

Məlumat üçün qeyd edək ki, Bakıda icarəyə təklif olunan ən bahalı ofis İçərişəhərdə yerləşir. Beləki, ümumi sahəsi 600 kv.m. olan 10 otaqlı əla təmirli və tam əşyalı ofis 11000 AZN təklif olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR