"Turan" Premyer Liqaya niyə buraxılmır? - TƏFƏRRÜAT

"Turan" Premyer Liqaya niyə buraxılmır? -   TƏFƏRRÜAT
13:07 10 May 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

I divizionun qalibi olan "Turan Tovuz" Premyer Liqada oynamaq hüququ qazansa da, böyük ehtimalla komandanı gələn mövsüm elitada görə bilməyəcəyik. Bununla bağlı yayılan xəbərləri baş məşqçi Əsgər Abdullayev də təsdiq edib. Mütəxəssis qol.az-a açıqlamasıqda "Turan Tovuz" Premyer Liqaya burax?lmayacağını eşitdiyini deyib.


Bəs Tovuz klubu Premyer Liqaya niyə buraxılmır? Fanat.Az-ın əldə etdiyi məlumata görə, yeganə problem maliyyə məsəələridi. Belə ki, lisenziyalaşdırma üçün tələb olunan bank təminatı həll olunmayıb.


Komandaya çempionluq kubokunun və qızıl medalların təqdim olunduğu mərasimə qatılan millət vəkili Qənirə Paşayeva iş adamlarına, imkanlı şəxslərə müraciət edərək kluba kömək etməyə çağırmışdı. Bundan sonra bəzi şəxslərin adı "Turan Tovuz"la yanaşı çəkilmiş, onların klubu himayə edəcəyi bildirilmişdi. Amma millət vəkilinin və klub rəhbərliyinin bütün cəhdləri nəticəsiz qalıb, heç kim komandaya sahib çıxmayıb.


Qeyd edək ki, mayın 12-də AFFA-n?n inzibati binas?nda Lisenziya Komissiyas?n?n iclas? keciril?c?k. Iclasda 2017-2018-ci il lisenziyalasd?rma movsumund? UEFA v? Premyer Liqa yar?slar?nda istirak etm?k m?qs?dil? lisenziya ucun muraci?t etmis klublar?n ?riz?l?rin? bax?lacaq v? muvafiq q?rarlar q?bul olunacaq.


Beləliklə, "Turan Tovuz"un Premyer Liqaya çıxmaq üçün cəmi 2 günü qalıb. Klubdan verilən məlumata görə, lisenziyalaşdırma üçün tələb olunan bütün meyarlar tam şəkildə yerinə yetrilib. Yalnız maliyyə məsələsi qalıb ki, onun da qarşıdakı iki gündə həlli mümkün gbrmür. Bir sözlə, tovuzlu azarkeşlər daha bir mövsüm Premyer Liqa həyacanına həsrət qalacaq...


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotturanquot-premyer-liqaya-niy-buraxlmr-t57973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR