"Kids Fashion Show" yarışının qalibləri elan olunub (FOTO

"Kids Fashion Show" yarışının qalibləri elan olunub (FOTO
13:08 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Bilgah Beach Hotel"də "Star Kids Group" şirkətinin təşkilatçılığı ilə "Kids Fashion Show" yarışı keçirilib.

Müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edib. "Uşaqlar həyatımızın gülləridir" adlı tədbirdə tədbirdə 84 model və 28 modelyer iştirak edib. Modellərin 42-i qız, 42-i oğlan olub.

Münsiflər heyəti - Azərbaycanin xalq artisti Məleykə Əsədova, müğənni Elnur Məmmədov, «YES» Moda Evinin direktoru Yeganə Sadıxova, dizayner Ləman Əskərova, Vizajist-stilist Nata İsm, modelyer-dizayner Günay Agayeva olub. Tədbirin layihə rəhbəri “Star Kids Group” şirkətinin hüquqi təmsilçisi Aygün Əliyeva olub.

Yarışın qalibləri:

Qızlar arasında 1-ci yerin qalibi model Aytac Bayramova, oğlanlar arasında isə 1-ci yerin qalibi model Raul Qazizadə olublar.

1-ci yer qalibi modelyerlər Yasəmən Əhmədova, Reyhan Muradova olublar.

2-ci yerin qalibi modellər Amira Səfərova və Rəsul İmanlı olublar.

2-ci yerin qalibi modelyerlər Aysel Əliyeva və Günel Əhmədova olublar.

3-cü yerin qalibi modellər Yagmur Şükürova və Rasim Həbibli olublar.

3-cü yerin qalibi modelyer Aysel Abbasova və Ayşən Hebibova olublar.

Nominasiyalar üzrə - Мисс Цветочек Məryəm Qafarzadə, Мистер Улыбка Məhəmmədsəid Məlikzadə, Мисс Шарм Xədicə Allazova, Мисс Улыбка Ləman Bəşirzadə, Мисс Зрительских Симпатий Əsranur Rüstəmli, Мистер Красавчик Tahir Şirəliyev, Мистер Зрительских Симпатий Kamil İskəndərov, Мистер Шарм Ömər Əhməd olublar.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2752017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR