Sərnişin qatarlarına may sürprizi

Sərnişin qatarlarına may sürprizi
13:08 10 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

May ayının 1-dən etibarən sərnişin qatarlarında sıxlıq müşahidə olunur.

Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Onun sözlərinə görə, ölkə daxilində hərəkət edən sərnişin qatarlarından adi günlərdə 2000-2500 sərnişin istifadə edirdisə, son günlər bu rəqəm müvafiq olaraq 3000-3500 təşkil edir.

“IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstan Respublikasından tamaşaçı qismində paytaxtımıza gələn vətəndaşların çoxu dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir. Bakı-Tbilisi-Bakı sürət qatarında sərnişin artımı, adi günlərə nisbətən 10-15 faiz təşkil edir. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonun qoşulması təmin edilir”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/198214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR