Dadı damağınızda qalacaq "Çiy küftə"nin hazırlanması

"Çiy küftə" türk mətbəxinə məxsus yeməkdir.

Metbuat.az "Çiy küftə"nin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

Dana qiyməsi 250 qr
Bulqur 400 qr
Bibər tomatı 2 x/q
Pomidor tomatı 1 x/q
Baş soğan 2 ədəd
Sarımsaq 5 diş
Duz, istiot
Cəfəri yarım dəstə;
Yaşıl soğan (ancaq yaşıl hissələri) yarım dəstə.

Hazırlanması:

Baş soğanla sarımsaq xırda-xırda doğranılır, üzərinə bibər və pomidor tomatlarını, eləcə də qiyməni töküb, yoğurmağa başlayın.

Bulquru da əlavə edib, arada az miqdarda su tökərək, yoğurmağa davam edin.

Sonra doğranmış cəfəri, yaşıl soğan və duz-istiotunu vurun. Azca su əlavə edib, son dəfə yoğurun.

Qeyd: "Çiy küftən"i hazırlayan zaman istifadə edəcəyiniz su 2 stəkanı keçməməlidir. "Çiy küftə"lərə forma verərək, süfrəyə təqdim edin.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR