Amerikalı həmsədr: “Vaşinqtonla Moskva Qarabağa münaqişəsində...”

Amerikalı həmsədr: “Vaşinqtonla Moskva Qarabağa münaqişəsində...”
13:13 10 May 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

“Rusiya və ABŞ arasındakı fikir ayrılıqlarına baxmayaraq, hər iki ölkə Qarabağ münaqişəsinin nizama salınmasında sıx əməkdaşlıq edir”.

Publika.az
bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

Onun sözlərinə görə, ABŞ-ın milli maraqlarının Rusiyanın milli maraqlarından fərqləndiyi şübhəsizdir: “Lakin müxtəlif maraqlara malik olmaq o demək deyil ki, biz bu problem üzərində birlikdə işləyə bilmərik”.

Həmsədr qeyd edib ki, Moskva Vaşinqton və Paris kimi Cənubi Qafqazda sülhün qurulmasını istəyir.

“Mənim üçün birmənalıdır ki, Moskva Dağlıq Qarabağda müharibə istəmir. Bu bütün regionun sabitliyini pozur və Rusiyanın maraqlarına zərər vuracaq. ABŞ və Rusiya arasında ən kəskin münasibətlər olduğu dövrlərdə də üç həmsədr Qarabağda sülh nizamlanmasında sıx əməkdaşlıq edirdi. Biz deyə bilərik ki, bu məsələ Vaşinqton və Moskva arasında münasibətlərə hər-hansı neqativ təsir göstərmir”, - deyə o bildirib.

R.Hoqland hazırda vasitəçilərin tərəflər arasında danışıqların yenilənməsi istiqamətində çalışdıqlarını bəyan edib: “Bizim işimiz etibar atmosferini yaratmaq və tərəfləri danışıqlar masasına gətirməkdir.

Səfirin sözlərinə görə, hal-hazırda vasitəçilər tərəflər arası dəyərli danışıqları yeniləməyə çalışırlar: “Münaqişənin həlli və regionda sülhün əldə edilməsi liderlərin iradəsindən asılıdır”.

Amerikalı həmsədr hesab edir ki, Vaşinqton münaqişənin nizama salınmasında daha aktiv iştirak etməlidir.

“Mən razıyam ki, biz daha aktiv olmalıyıq. Lakin ABŞ-ın yeni administrasiyasının erkən dövründəyik. Yeni administrasiya hələlik xarici siyasi kursu və komandanı hazırlayır. Ona görə də gəlin bir az dözümlü olaraq. Görəcəyik ki, yaxın aylarda bütün bunlar inkişaf edəcək”, - deyə o vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/198220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR