Dişini velosiped, maşın və kəlbətinlə çıxardılar - VİDEO - FOTO

Dişini velosiped, maşın və kəlbətinlə çıxardılar - VİDEO - FOTO
13:27 10 May 2017
Ölkə mətbuatı
A- A+

Dez dişindəki kəskin və dözülməz ağrılardan şikayətlənirdi. Az qalırdı ağlasın. Biz də ona yardım etmək qərarına gəldik.

Ceyson Sedlerin dediklərinə görə, onlar "min əziyyət bahasına" Dezi ağrılardan xilas ediblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay İngiltərənin Lids şəhərində yaşanıb.

Dezin ağrıyan dişinə möhkəm plastik ip keçirilib, sonra o ip velosipedə bağlanıb. Dezin dostlarından biri velosipedi sürətlə sürüb, ip dartılıb, amma diş çıxmayıb.

Belədə dişi maşınla çıxarmaq qərarına gəliblər. İp maşının arxasına bağlanıb, maşına qaz verilib. Amma diş yenə çıxmayıb.

Dezin dostları naçar qalaraq dişi kəlbətinlə çıxarmaq qərarına gəliblər.

28 yaşlı Ceyson Sadler kəlbətinlə dişi tutub, dartıb və çıxarıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dişini velosiped, maşın və kəlbətinlə çıxardılar

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR