Qriqorçuk "Qəbələ"də qaldı

Qriqorçuk "Qəbələ"də qaldı
13:29 10 May 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

 

Avropa Liqasında iştirak edəcək “Qəbələ”də baş məşqçi Roman Qriqorçukun taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” ukraynalı çalışdırıcı ilə əməkdaşlığı davam etdirəcəklər.

 

Hazırda ölkəsində olan 52 yaşlı mütəxəssis Azərbaycana qayıdandan sonra müqaviləsinin müddətini uzadacaq. Tərəflər arasında 1 illik sözləşmənin imzalanması gözlənilir.

 

Qriqorçuku baş məşqçi postunda saxlamağa qərar verən “Qəbələ” Dmitri Bezotosnıdan sonra daha bir futbolçu ilə yeni müqavilə imzalayacaq. Söhbət Elvin Camalovdan gedir. Gənc yarımmüdafiəçinin komandadan göndəriləcəyi gözlənilsə də, Qriqorçuk son anda fikrini dəyişib. O, yerli futbolçu transferinin çətin olduğunu nəzərə alaraq, Camalovun qalmasını istəyib. Tərəflər arasında yeni müqavilə imzalanacaq. Elvin ən azı növbəti mövsümü də bölgə təmsilçisinin heyətində keçirəcək.

 

Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan 22 yaşlı xavbek Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümündə 13 oyunda iştirak edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR