Arda Turanın yerinə gələcək ulduz

Arda Turanın yerinə gələcək ulduz
13:32 10 May 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" Arda Turanı satmaq qərarına gəlib.

Milli.Az fanat.az-a istinadla xəbər verir ki, artıq Kataloniya klubunun onun yerinə transfer edəcəyi futbolçunun kimliyi də müəyyənləşib.

"El Mundo Deportivo" iddia edir ki, "Barselona" Arda Turanı sataraq PSJ-dən Angel Di Marianı transfer edəcək. İddiaya görə, Di Marianın Lionel Messi və Xavyer Maskerano ilə yaxşı münasibətləri var. Transferə onlar vasitəçilik edəcək.

Qeyd edək ki, Di Maria 2010-cu ildə "Benfika"dan "Real"a 33 milyon avroya transfer olunub. "Kral Klubu" argentinalı yarımmüdafiəçini 2014-cü ildə "Mançester Yunayted"ə 75 milyon avroya satıb. PSJ isə bir il sonra ona 63 milyon avroya alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR