İslamiada ilə əlaqədar dəmir yolunda sıxlıq artıb

İslamiada ilə əlaqədar dəmir yolunda sıxlıq artıb
13:32 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstandan tamaşaçı qismində paytaxta gələn vətəndaşların çoxu dəmir yolundan istifadəyə üstünlük verir. 
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir. 
Məlumatda deyilir ki, bu səbəbdən də mayın 1-dən sərnişin qatarlarında sıxlıq müşahidə olunur: "Belə ki, ölkə daxilində hərəkət edən sərnişin qatarlarından adi günlərdə 2000-2500 sərnişin istifadə edirdisə, son günlər bu rəqəm müvafiq olaraq 3000-3500 təşkil edir. Eyni zamanda Bakı-Tbilisi-Bakı sürət qatarında sərnişinlərin sayı adi günlərə nisbətən 10-15% artıb. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonun qoşulması təmin edilir". 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/i-slamiada-ile-elaqedar-demir-yolunda-sixliq-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR