IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstan Respublikasından tamaşaçı qismində paytaxtımıza gələn vətəndaşların çoxu dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir.
Bu sözləri Metbuat.az-a açıqlamsında Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Onun sözlərinə görə, may ayının 1-dən etibarən sərnişin qatarlarında sıxlıq müşahidə olunur:
“Belə ki, ölkə daxilində hərəkət edən sərnişin qatarlarından adi günlərdə 2000-2500 sərnişin istifadə edirdisə, son günlər bu rəqəm müvafiq olaraq 3000-3500 təşkil edir. Eyni zamanda, Bakı-Tbilisi-Bakı sürət qatarında sərnişin artımı, adi günlərə nisbətən10-15% təşkil edir.
Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonun qoşulması təmin edilir”.
Xəyalə Məmmədova / METBUAT.az