Hava şəraiti kəskin dəyişəcək

Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az- a bildirilib ki, mayın 11-dən 12-si gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı enəcəyi gözlənilir.

Mayın 11-i gündüzdən 13-ü səhərədək ölkə ərzisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 11-12-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun ötən günlərlə xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR