Ermənistan ordusunun hərbçisi çavuş həmkarını qətlə yetirib

Ermənistan ordusunun hərbçisi çavuş həmkarını qətlə yetirib
13:42 10 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin kiçik çavuşu Qaqik Aruşeviç Mesropyan hərbçi yoldaşını qətlə yetirib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə mayın 10-da səhər saatlarında baş verib. Qaqik Mesropyan həmkarına odlu silahdan atəş açıb. 
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, son 4 həftədə qeyri-döyüş şəraitində Ermənistan ordusunun 8 hərbçisi ölüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-ordusunun-herbcisi-cavus-hemkarini-qetle-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR