DYP Qubada reyd keçirib, 40-dan çox sürücü cərimələnib

DYP Qubada reyd keçirib, 40-dan çox sürücü cərimələnib
13:47 10 May 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba. 10 may. REPORT.AZ/ Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi  Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində reyd keçirib. 
“Report”un Şimal bürosu xəbər verir ki, rayonun bir neçə ərazisində 3 saat ərzində keçirilən reyd zamanı 40-dan çox yol hərəkəti qaydalarının pozulması faktı aşkarlanıb. Onlardan biri avtomobili sərxoş vəziyyətə idarə edən, biri sürücülük vəsiqəsi olmayan, beşi sərnişin daşıma qaydalarını pozan, biri fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan və digər yol hərəkəti qaydalarını pozan sürücülər olub. 
Reydin keçirilməsində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olumasıdır. 
Reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.








Xəbərin orijinal ünvanı: https://report.az/hadise/dyp-qubada-reyd-kecirib-40-dan-cox-surucu-cerimelenib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR