“Qremmi” mükafatının təqdimetmə tədbirinin yeri dəyişib

“Qremmi” mükafatının təqdimetmə tədbirinin yeri dəyişib
13:47 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ “Qremmi” musiqi mükafatının təşkilatçıları 2018-ci ildə keçiriləcək təntənli təqdimat tədbirinin yerini Los-Ancelosdan Nyu-Yorka dəyişiblər.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, tədbir 2018-ci il yanvarın 28-də keçiriləcək.
Bu, 60-cı, yubiley mərasimi olacaq.
 Tədbir 14 il Los-Ancelosda keçirilib. Təşkilatçılar bildirib ki, mərasimin yerinin dəyiməsinə görə Nyu-Yorkun meri Bill de Blazio minnətdardırlar. Bu şounun şəhərə 200 milyon gəlir gətirəcəyi gözlənilir.
Bir müdət əvvəl “Qremmi” mükafatının təqdim edilmə mərasiminə “CBS” telekanalı ilə 26 milyon tamaşaçının baxdığı haqda xəbər yayılmışdı. 
Xatırladaq ki, “Qremmi” musiqi mükafatı 1958-ci il martın 14-də ABŞ-ın Səsyazma Şirkətləri Assosiasiyası tərəfindən təsis edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/qremmi-mukafatinin-teqdimetme-tedbirinin-yeri-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR