İnanılmaz SOBA: həm telefonunuza enerji yükləyin, həm də yemək bişirin

İnanılmaz SOBA: həm telefonunuza enerji yükləyin, həm də yemək bişirin
13:48 10 May 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Smartfon və planşetləri enerji ilə yükləyə bilən soba icad olunub.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, “soba-adaptor” Aydar Xayrullin adlı turist tərəfindən yaradılıb. Ömrünü səyahətlərdə keçirən Aydar həm yemək bişirmək, həm də telefon və planşetini yükləmək üçün uzun müddətdir ki, baş sındırırdı. Nəhayət, çarəsini tapdı. İndi bu soba vasitəsilə arzusuna çatıb. O, bu icadı hələ XIX əsrdə ixtira olunmuş termodinamika əsasında ərsəyə gətirib.

Qeyd edək ki, soba adi qaydada – içinə odun və talaşalar atmaqla alışır və bu zaman sobanın generatoruna yükləməyə bəs edən 5 volt enerji toplanır. Texniki vasitələr 1 saat yarıma USB girişi vasitəsilə enerji yığır. Bu möcüzə sobanın çəkisi 1200 qramdır. Həmçinin qatlanıb-açılan sobanı çantaya yerləşdirib səyahət zamanı daşımaq da olar. Soba titan və paslanmayan poladdan hazırlandığı üçün möhkəmdir. Ona qoşulmuş kabel xətti də oda davamlıdır.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR