Məşhur DJ vəfat etdi

Məşhur DJ vəfat etdi
13:52 10 May 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur italiyalı musiqiçi, DJ Robert Mayls 47 yaşında dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qısamüddətli xəstəlikdən əziyyət çəkən R.Mayls İspaniyanın İbitsa şəhərində vəfat edib.
 
Əsl adı Roberto Konkina olan musiqiçi 1995-ci ildə "Children" (Uşaqlar) mahnısı ilə məşhurlaşıb. 12 ölkənin musiqi çartlarında birinci olan R. Mayls 1997-ci ildə Britaniyanın ən yaxşı beynəlxalq nailiyyət mükafatına layiq görülüb.
 
R.Mayls 1969-cu ildə İsveçrədə anadan olub. "Children" hitindən sonra o daha beş albomun müəllifi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR