"Şahdəniz" layihəsinə I rübdə 948 mln. dollar xərclənib

"Şahdəniz" layihəsinə I rübdə 948 mln. dollar xərclənib
13:52 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Bu ilin I rübü ərzində “Şahdəniz” konsorsiumu layihə üzrə fəaliyyətə 948 mln. ABŞ dolları xərcləyib.
“Report” “Şahdəniz” yatağının operatoru olan “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu vəsaitin 113 mln. dolları əməliyyat xərcləri, 835 mln. dolları əsaslı xərclər olub.
Bu ilin I rübündə layihə üzrə xərclərin həcmi 9% azalıb.
Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.
Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/sahdeniz-layihesine-i-rubde-948-mln-dollar-xerclenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR