FİFA Poqba transferini araşdırır

FİFA Poqba transferini araşdırır
13:52 10 May 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

FİFA İtaliyanın "Yuventus" klubundan İngiltərənin "Mançester Yunayted" komandasına keçməklə futbol tarixinin ən bahalı transferi adına sahib çıxan Pol Poqbanın keçidi ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "France Presse" agentliyi təşkilatdakı mənbəyinə istinadən bu barədə məlumat yayıb.

Fransız yarımmüdafiəçi Pol Poqba 2016-cı ilin yayında 105,2 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olunub. Hələlik FİFA-nın transferin hansı bəndini araşdırdığı aydın deyil.

Poqbanın rekordu klubunun Neymarı 200 milyon avroya almaq planı baş tutarsa, qırılacaq. Mankunianlar, həmçinin braziliyalının əmək haqqını iki dəfə artırmağa - bonuslar və mükafatlar hesaba alınmadan ildə 25 milyon avro ödəməyə hazırdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR