Azərbaycana Çin istehsallı dərmanların gətirilməsiylə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycana Çin istehsallı dərmanların gətirilməsiylə bağlı RƏSMİ AÇIQLAMA
13:52 10 May 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyi Çin istehsallı bəzi dərmanların Azərbaycana Avropa şirkətlərinin istehsalı olan dərmanlar kimi gətirilməsinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bildirib ki, Azərbaycana gətirilən bütün dərmanların keyfiyyəti diqqətlə öyrənilir, hər birinin seriyası ciddi şəkildə yoxlanıldıqdan sonra onların idxalına icazə verilir:

"Azərbaycana birbaşa olaraq Çin istehsallı dərmanlar gətirilmir. Ümumiyyətlə, dünyanın aparıcı şirkətlərinin Çində də müəssisələri var. Dünyada qəbul edilən qaydalara görə, hər hansı bir istehsalçı öz dərmanlarını Çində də istehsal edə bilər. Avropanın aparıcı şirkətləri belə, ucuz işçi qüvvəsinə görə öz istehsallarını Çində də, Cənubi Koreyada da qura bilərlər. Əgər həmin şirkətin rəsmi lisenziyası varsa, belə dərmanların Azərbaycana idxalına icazə verilir. Amma lisenziya olmadıqda, buna birmənalı şəkildə icazə verilmir".

Nazir müavini əlavə edib ki, dünyanın əksər dərman şirkətləri Çinin xammalından istifadə edir: "Dünyada dərman bazarında xammalın əsas mənbəyi Çindədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health2/543299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR