Türkiyəni şəhər dövlətlərinə parçalamaq, İran və Ərəbistanı... – ŞOK PLAN

Türkiyəni şəhər dövlətlərinə parçalamaq, İran və Ərəbistanı... – ŞOK PLAN
13:53 10 May 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ-ın PKK/PYD-yə verdiyi dəstək, terror təşkilatı üzərindən Suriyanın parçalanmasına gətirib çıxaracaq planların tətbiqi, Tükiyənin cənub sərhədi boyunca bir dəhlizin inşasına çalışması heç bir şəkildə Suriya məsələsi ilə əlaqədar deyil”.

Publika.az xəbər verir ki, bunu türkiyəli yazar İbrahim Karagül “Yeni Şəfəq” nəşrində yazıb.

“Bu, bir terror məsələsi də deyil. Bu, Suriyanın parçalanması, Suriya üzərindən Türkiyənin parçalanması prosesi üçün infrastrukturunun yaradılmasıdır. Bu, regionun şəhər dövlətlərinə parçalanması layihəsidir və bütün bölgəni təhdid edir. Türkiyə qədər İran və Səudiyyə Ərəbistanı da parçalayacaq bir prosesdir. ABŞ bir NATO ölkəsinə qarşı bu niyyətlərini artıq gizlədə bilməyəcək mərhələyə gəlibsə, danışmağın, sövdələşmənin, müzakirənin və paytnyorluğun mənası dəyişir”, - Karagül qeyd edib.

Yazar bildirir ki, Türkiyənin cənubunda inşası planlaşdırılan “terror dəhlizi” Türkiyəni mühasirəyə almaq üçün həyata keçirilən plandır:

“Bu plan müvəffəqiyyətli olacağı halda, təsiri bir əsr davam edəcək. Bu, PKK məsələsi deyil. Bu, xəritə məsələsi, Türkiyəni boğmaq məsələsidir. Amma heç bir siyasi məqsəd bu layihəni Türkiyəyə qəbul etdirə bilməz. Planın qəbulu ölkənin gələcəyini təhlükəyə atar. PKK/PYD mövzusunda ABŞ-la razılıq əldə edilməsə, tək bir plan qalır: Suriya sərhədi boyunca ən azı dörd bölgədən tərəddüdsüz müdaxilə etmək. Nəticəsi nə olursa-olsun. Bunu bu gün etməsək, gələcəkdə heç nə edə bilməyəcəyik, başqalarının cızdığı xəritəyə məhkum olacağıq”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR