İki məşhur klub "Qalatasaray"ın futbolçusunu istədi

İki məşhur klub "Qalatasaray"ın futbolçusunu istədi
13:57 10 May 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

İki məşhur ingilis klubu "Qalatasaray"ın futbolçusu Brumaya elçi düşüb. Fanat.Az xəbər verir ki, "Mançester Yunayted" və "Tottenhem"in nümayəndələri bu məqsədlə İstanbula gəlib.


Brumanın baş məşqçi İqor Tüdorla münasibətləri yaxşı deyil. "Kasımpaşa" matçının əvvəlində əvəzlənməsi portuqaliyalı futbolçunu əsəbləşdirib. Onun oyundan sonra menecerinə "Ya mən, ya Tüdor" dediyi bildirilir.


Bu vəziyyətdən sonra "Qalatasaray" rəhbərliyi də Brumanı satmaq qərarına gəlib. Portuqaliyalı futbolçuya 15 milyondan yüksək təklif olsa, satılacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ki-mhur-klub-quotqalatasarayquotn-futbolcusunu-istdi-t57975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR