Moldova prezidenti: “NATO-ya daxil olmaq ideyasını qəbul etmirik”

Moldova prezidenti: “NATO-ya daxil olmaq ideyasını qəbul etmirik”
14:02 10 May 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ “Moldova tərəfsizliyini qorumaq niyyətində olduğundan NATO-ya daxil olmaq ideyası bizim üçün qəti şəkildə qəbuledilməzdir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Moldova prezidenti İqor Dodon Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Voldinlə görüşdə bildirib.
Dövlət başçısı hesab edir ki, dörd məsələni heç bir halda danışıqların predmetinə çevirmək olmaz: "Birincisi dövlətçiliyimiz, yaxud Moldovanın qorunması, hər hansı dövlətlə birliyə qoşulmasıdır. İkincisi, bizim tərəfsizliyimizdir. NATO bizim üçün qəti olaraq qəbuledilməzdir. Üçüncü prinsip isə biz pravoslavıq. Başqa sözlə Moldovaya lazım olmayan Avropa dəyərlərini müxtəlif yollarla sırımağa çalışırlar. Dördüncü isə bizim strateji tərəfdaşımız Rusiyadan olan dostlarımızdır”. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/moldova-prezidenti-nato-ya-daxil-olmaq-ideyasini-qebul-etmirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR