Cənubi Qafqaz Boru Kəmərinə I rübdə 197 mln. dollar sərf olunub

Cənubi Qafqaz Boru Kəmərinə I rübdə 197 mln. dollar sərf olunub
14:02 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Bu ilin I rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətə təqribən 6 mln. ABŞ dolları həcmində əməliyyat xərcləri və 191 mln. dollar əsaslı xərclər sərf edilib.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin I rübün yekunları ilə bağlı məlumatına əsasən xəbər verir.
Hesabat dövründə boru kəmərinə sərf olunan əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə eyni qalıb, əsaslı xərclərin həcmi isə 19% azalıb.
İlk rübdə CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 21,4 mln. kubmetr qaz olub ki, bu da ötən ilin müvafiq dövründən 0,9% azdır.
Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
CQBK-nin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/cenubi-qafqaz-boru-kemerine-i-rubde-197-mln-dollar-serf-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR