Zabit Səmədovun "Torqovı"da gəzintisi izdihama səbəb oldu - VİDEO

Zabit Səmədovun "Torqovı"da gəzintisi izdihama səbəb oldu - VİDEO
14:05 10 May 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

WBC Muaythai üzrə dünya çempionu Zabit Səmədov Bakının mərkəzində gəzintiyə çıxıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, may ayının 13-ə İstanbulda Gebze İdman Sarayında keçiriləcək görüş öncəsi doğma Vətəninə gələn idmançıya həmyerlilərimiz böyük maraq göstərib. 
 
"Torqovı"da gəzintiyə çıxan Zabitə onlarla insan yaxınlaşıb və onunla şəkil çəkdirmək, imza almaq istəyib. Zabit sadə insan olduğu üçün heç kəsin qəlbini qırmayıb və onu sevənlərlə şəkil çəkdirib. Bir müddətdən sonra o qədər insan Zabitin ətrafına toplaşıb ki, idmançı hərəkət etməkdə çətinlik çəkib.
 
Azərbaycanı layiqincə təmsil edən Zabitə xalq da lazımi qiymət verir. Bayrağımızı idman arenalarında dalğalandıran Zabitin Bakıda gəzintisi izdihama səbəb olub.    
 
Belçikadan olan idmançı Frederik Sinistra ilə qarşılaşma öncəsi Bakıda hazırlıqlarını davam etdirən idmançı böyük günü gözləyir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zabit Səmədovun

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR