“Onu hansı alçaq deyir? Qələt edir!"

Xalq artisti Canəli Əkbərovun səhhətinin pisləşməsi haqda xəbərlər yayılıb.

Muğam ustası Metbuat.az-a açıqlamasında haqqında çıxan xəbərləri yalanlayaraq, belə xəbərlərin onu əsəbləşdirdiyini bildirib:

“Onu hansı alçaq deyir?! Onu kim deyirsə, başından böyük qələt edir! Mənim heç yerim xəstə deyil. Onu deyəni gətirin yanıma, başını ilan başı kimi əzim. Gəlib yoxlasınlar, görsünlər haram xəstədir. Mənim səhhətimdə heç bir problem yoxdur. Özümü əla hiss edirəm. Kimdirsə, məni istəməyən adamlardır”.

Rəvan Nasiroğlu / Metbaut.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR