Sabiq futbolçu əla formadadır - FOTO

Sabiq futbolçu əla formadadır - FOTO
14:42 10 May 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə yığması və "Mançester Yunayted"in sabiq ulduzu, müdafiəçi Rio Ferdinand "Men's Health" jurnalı üçün fotosessiyaya çəkilib.

Milli.Az The Sun-a istinadən bildirir ki, 38 yaşlı futbolçunun dediyinə görə, MU-nun müdafiəçisi Maykl Karrikin gələn ay klubu tərk etməsini gözləyir.

"Mayklla birlikdə qolf və reqbi oynamaq niyyətindəyəm. Habelə, fitneslə məşğul olacağıq", - Rio Ferdinand deyib.

R.Ferdinand MU heyətində oynadığı 12 ildə 6 dəfə İngiltərə premyer-liqasında, bir dəfə də Çempionlar Liqasında çempion titulunu qazanıb.

"Mankunianlar"ın sabiq baş məşqçisi ser Aleks Ferqüsson klubun sabiq oyunçularından, o cümlədən Nemanya Vidiç, Ryan Qiqqz, Rio Ferdinand və Pol Skoulzdan ibarət "United 08 XI" komandasını formalaşdırır.

Bu komanda iyunun 4-də xeyriyyə matçında Hari Rednappın baş məşqçilik edəcəyi  "All Star XI" komandası ilə qarşılaşacaq.

"All Star XI"ın heyətində Stiven Cerrard, Frenk Lempard, Maykl Ouen, Cone Terri və Ceymi Karrager də yer alacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR