İstanbulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub

İstanbulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub
14:42 10 May 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbul. 10 may. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub. 
"Report"un Türkiyə bürosunun verdiyi məlumata görə, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə Sarıyer rayonunda, Mərmərə dənizinin sahilində yerləşən Heydər Əliyev parkında keçirilib. Mərasimə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, vəqf, dərnək və diaspor rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri qatılıblar.   
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, parkda ucaldılmış heykəlinin önünə əklillər qoyulub. Daha sonra tədbir iştirakçıları parkın digər guşəsində yerləşən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün büstünü ziyarət ediblər. 
Bundan sonra mərasim Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun binasında davam etdirilib. Baş Konsulluğun bir ay əvvəl ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Bir millət, iki dövlət!” şüarı altında təşkil etdiyi rəsm müsabiqəsinin nəticələri açıqlanıb. Münsiflər 70-dən çox əsər arasından Heydər Əliyev və Mustafa Kamal Atatükün yağlı boya ilə çəkilmiş portretlərini birinciliyə layiq görüblər. Hər iki portret konsulluğa hədiyyə olunub. Müsabiqə iştirakçılarına sertifikatlar verilib. 









Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-stanbulda-umummilli-lider-heyder-eliyevin-anadan-olmasinin-94-cu-ildonumu-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR