Azərbaycanda poliklinika 200 minə satıldı

Azərbaycanda poliklinika 200 minə satıldı
14:47 10 May 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi hərrac keçirib. 

Milli.Az xəbər verir ki, qurumdan qafqazinfo-ya daxil olan xəbərə görə, hərracda paytaxtın müxtəlif rayonlarında yerləşən, o cümlədən regionlarda yerləşən kiçik dövlət müəssisələri, habelə nəqliyyat vasitələri özəlləşdirilib.

Hərrac prosesində ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən Gəncə şəhər 4 saylı Təsərrüfat hesablı poliklinika olub. Qeyd olunan əmlak 212 min 500 manata özəlləşdirilib. Özəlləşdirilən obyektin ümumi faydalı sahəsi 577.8 kv.m-dir. Özəlləşdirilən qeyri yaşayış sahələri paytaxtın Sabunçu rayonunda, habelə regionlarda Gəncə və Şəmkir şəhərində yerləşir. 

Hərracda özəlləşdirilmiş 3 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR