Azərbaycan elektroenergetika sahəsinə xarici mütəxəssislərin cəlb edilməsini dayandırıb

Azərbaycan elektroenergetika sahəsinə xarici mütəxəssislərin cəlb edilməsini dayandırıb
14:52 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ "Əvvəlki illərdən fərqli olaraq, enerji müəssisələrinin layihələndirilməsi, təmiri və istismarına xarici mütəxəssislərin cəlb edilməsi tamamilə dayandırılıb". "Report" xəbər verir ki, bunu "Azerenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.
E.Pirverdiyevin sözlərinə görə, hazırda elektroenergetika sahəsində çalışanlar yerli mütəxəssislərdir.
Azərbaycanda aparılan özəlləşdirmə prosesi ilə bağlı danışan Milli Məclisin deputatı Əflatun Amaşov isə deyib ki, MDB məkanında ilk dəfə Azərbaycanda torpağın özəlləşdirilməsinə başlanılıb: "Təxminən 1,5 mln. adam toprağı özəlləşdirərək öz xüsusi mülkiyyətinə çevirib".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-elektroenergetika-sahesine-xarici-mutexessislerin-celb-edilmesini-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR