Türkiyə XİN başçısı: “YPG”nin əlinə keçən hər silah Türkiyəyə yönələn təhdiddir”

Türkiyə XİN başçısı: “YPG”nin əlinə keçən hər silah Türkiyəyə yönələn təhdiddir”
15:02 10 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ “YPG" (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu – “Report”) və PKK-nın əlinə keçən hər silah Türkiyəyə yönələn bir təhdiddir”.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Donald Trampın “Suriya Demokratik Qüvvələr”inin silahla təchiz etmək haqqında Müdafiə Nazirliyinə (Pentaqon) tapşırıq verməsinə münasibət bildirərkən deyib.
“YPG” və PKK hər ikisi terror qruplaşmasıdır. Bunları bir-birindən heç bir fərqi yoxdur. Sadəcə adları fərqlidir. Bunların əlinə keçən hər silah Türkiyənin təhdid edilməsidir. Əvvəllər də “YPG”yə verilən silahların Türkiyədə PKK-nın əlində tutulduğunu ictimaiyyətə bildirmişdik”, - Mövlud Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, “Suriya Demokratik Qüvvələri” koalisiyası terrorçu PKK-nın nəzarəti altındadır. Onun Suriyadakı qolları olan “YPG” və “PYD” əsas təşkilatlarıdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ypg-nin-eline-kecen-her-silah-turkiyeye-yonelen-tehdiddir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR