4500 əsgər, 400 tank hərəkətə keçdi – Yeni hərbi ƏMƏLİYYAT BAŞLANIR

4500 əsgər, 400 tank hərəkətə keçdi – Yeni hərbi ƏMƏLİYYAT BAŞLANIR
15:03 10 May 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ və İngiltərə Suriyanın cənub sərhədində yerləşən Ramsa bölgəsinə çoxsaylı tank və minlərlə əsgər yerləşdirib.

Publika.az
xəbər verir ki, bölgədəki mənbələr 4500 əsgər, 400 tank və zirehli texnikanın bölgəyə yeridildiyini deyir.

Suriya xarici işlər naziri Velid Muallim də bu məlumatı təsdiqləyib.

“Yeni Şafak” qəzeti yazır ki, Ramsa bölgəsinə əsgər yeritməkdə məqsəd İsrailin təhlükəsizliyini qorumaqdır. İŞİD bu bölgədə yoxdur.

Qəzet qeyd edir ki, ABŞ digər hərbi güclərini Kuneytra, Dera sahili, Suveyda və Galon arasında yerləşdirəcək. Amerika əsgərlər Şam sahili ilə Galon-İsrail arasındakı bölgəyə göndəriləcək.

“ABŞ İsrailin təhlükəsizliyini təminat altına almağı düşünür. Bununla yanaşı, Suriyada yeni hərbi əməliyyatlar üçün müdaxilə planı hazırlanır”, - deyə qəzet qeyd edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR